Sizin reklam burada
Sizin reklam burada
  • Mərkəzi Asiya və Fars körfəzi ölkələrinin XİN başçılarının görüşü keçiriləcək

    Aprelin 15-də Daşkənddə "Mərkəzi Asiya – Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurası" Strateji Dialoqunun xarici işlər nazirlərinin ikinci iclası keçiriləcək.
    Bu barədə Özbəkistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
    Məlumata görə, görüşdə "Mərkəzi Asiya – Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurası" Strateji Dialoqunun XİN başçılarının 1-ci sammiti çərçivəsində əldə olunan razılaşmaların icrası nəzərdən keçiriləcək, siyasi, ticari-iqtisadi, investisiya, nəqliyyat-kommunikasiya, mədəni-humanitar sahələrdə, eləcə də təhlükəsizlik və ətraf mühitin inkişafı sahəsində inkişaf müzakirə olunacaq.
    Qeyd olunub ki, iclasda Mərkəzi Asiyadan Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistanın, Körfəz ölkələrindən isə Bəhreyn, Qətər, Küveyt, BƏƏ, Oman və Səudiyyə Ərəbistanının nümayəndə heyətlərinin iştirakı gözlənilir.
    Qeyd edək ki, "Mərkəzi Asiya – Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurası" Strateji Dialoqunun XİN başçılarının 1-ci sammiti 2023-cü il iyulun 19-da Ciddə şəhərində keçirilib. 3-cü sammitin isə 2025-ci ildə Səmərqənd şəhərində keçirilməsi nəzərdə tutulur.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ