Bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə və Hərbi Hissələr Komitəsinin baş zabiti Saipaş Yerasıl deyib.
"Daşqın dövrü başlayandan 75 min 982 nəfər xilas edilib, bunların 18 min 681-i uşaqlardır. Müvəqqəti yerləşdirmə məntəqələrində 7 min 203 nəfər var, bunlarda 2 min 794-ü uşaqlardır. 7 milyon kubmetrdən çox ərimiş su boşaldılıb, 993 minə yaxın kisə döşənib", - deyə o qeyd edib.
Onun sözlərinə görə, 1739 yaşayış evi və 1 743 həyətyanı sahədən su çəkilib.
"Qəza-xilasetmə işlərinə 16 min 375 nəfər, 1600 ədəd texnika, 377 su çəkən vasitə və 81 üzmə vasitəsi, 15 təyyarə cəlb olunub", - deyə S.Yerasıl bildirib.
Onun sözlərinə görə, hazırda 7 vilayətdə 3745 yaşayış evi və 421 həyətyanı sahə su altında qalıb.
