Türkiyə ordusu İraqda növbəti antiterror əməliyyatı keçirib
Dünya
31-12-2023, 12:55
220
İraqda türkiyəli diplomat Osman Kösenin qətlə yetirildiyi cinayətin iştirakçısı PKK-çı Renas Derik kod adlı Cəmil Akar Milli Kəşfiyyat Təşkilatı (MİT) və Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında həyata keçirdiyi birgə hava əməliyyatı nəticəsində zərərsizləşdirilib. Cəmil Akar 2014-cü ilin sonlarında qanunsuz şəkildə Türkiyədən Suriyaya keçib və PKK/KCK-nın Xüsusi Qüvvələr adlanan strukturunda fəaliyyət göstərib. Qeyd edək, 2019-cu ilin iyulun 17-də türkiyəli diplomat Osman Köse İraqın Ərbil şəhərində restoranda terrorçuların hücumuna uğrayaraq şəhid olub.