Yaponiya Ukraynaya 4,5 milyard dollar yardım göstərəcək
Dünya
7-12-2023, 11:35
244
Yaponiya hökuməti birbaşa və Dünya Bankı vasitəsilə Ukraynaya 4,5 milyard dollar məbləğində yardım göstərəcək. Bu barədə Yaponiya Xarici İşlər Nazirliyi Fumio Kişida "G7" liderlər ilə danışıqlar zamanı bildirib. "[Kişda] Yaponiyanın bərpa və yenidənqurma üçün yardım, habelə humanitar yardım da daxil olmaqla 1 milyard dollar əlavə dəstək vermək qərarına gəldiyini bildirdi, və bu əlavə dəstək və Dünya Bankına kreditin artırılması da daxil olmaqla [Ukraynaya] ümumilikdə 4,5 milyard dollar yardmı etməyə hazırdır", - deyə nazirlik qeyd edib. Bundan əlavə, Yaponiyanın baş naziri Kiyevə yardımı davam etdirmək və Moskvaya qarşı sanksiyaları qüvvədə saxlamaq niyyətini təkrarlayıb.