Sizin reklam burada
Sizin reklam burada
  • İsrail Qəzzadan girovların azad edilməsinin başlanğıc tarixini açıqlayıb

    Qəzza zolağında saxlanılan girovların bəzilərinin azad edilməsi prosesi noyabrın 24-dən gec olmayaraq başlayacaq.
    Bu barədə İsrail Milli Təhlükəsizlik Şurasının rəhbəri Tsaxi Haneqbi deyib.
    "Girovlarımızın azad edilməsi ilə bağlı təmaslar davam edir. [Girovların] azad edilməsi tərəflər arasında ilkin razılaşmaya uyğun olaraq və cümə günündən gec olmayaraq başlayacaq", - deyə o bildirib.
    Bundan əvvəl İsrail hökuməti Qəzza zolağından ən azı 50 girovun dörd gün ərzində geri qaytarılması planını təsdiqləyib və bu müddət ərzində anklavda atəşkəs elan edilib.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ