ABŞ-ın Alyaska ştatında 5,4 bal gücündə zəlzələ baş verib
Dünya
21-09-2023, 10:13
182
Atributinfo.az xəbər verir ki, Amerikanın Alyaska ştatı sahillərində 5,4 bal maqnitudada zəlzələ qeydə alınıb. Bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb. Zəlzələnin episentri 1 min nəfərin yaşadığı Sand Point şəhərindən 41 km cənub-şərqdə yerləşib. Zəlzələ ocağı 51 km dərinlikdə qeydə alınıb. Sunami təhlükəsi barədə məlumat verilməyib.