Sizin reklam burada
Sizin reklam burada
  • Türkiyə Mərakeşə yardım etməyə hazırdır

    Türkiyə dağıdıcı zəlzələnin baş verdiyi Mərakeşə yardım etməyə hazırdır.
    Atributinfo.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin məlumatında bildirilib.
    “Dost və qardaş Mərakeş xalqına və hökumətinə başsağlığı verir, ölənlərə Allahdan rəhmət, yaralananlara isə tezliklə şəfa diləyirik. Türkiyə hər zaman olduğu kimi yaraların sağalması üçün hər cür dəstəyi göstərməyə hazırdır”, - deyə bəyanatda qeyd edilib.
    Qeyd edək ki, daha əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Mərakeşdə baş verən təbii fəlakətlə bağlı başsağlığı verib.
    Xatırladaq ki, Mərakeşdə 6,9 bal gücündə zəlzələ baş verib. Zəlzələdə ölənlərin sayı 632-yə çatıb.

    /atributinfo.az/

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ