Sizin reklam burada
Sizin reklam burada
  • Belçika Ukraynaya F-16 təyyarələri göndərməyəcək

    Atributinfo.az xəbər verir ki, Belçika Ukraynaya F-16 təyyarələrini göndərməyəcək.
    Bu barədə Belçika ordusunun maddi müdafiə resursları üzrə baş idarəsinin rəhbəri, leytenant Frederik Qetink deyib.
    Buna səbəb olaraq isə F-16 təyyarələrinin çox pis vəziyyətdə olması göstərilib.
    "Məsələ bizim istəməməyimizdə deyil, bizim təyyarələrimiz istismardan çıxanda artıq köhnəlmiş olur. Bu təyyarələr o qədər çox uçub ki, konstruksiyaları köhnəlib. Özünüzün istifadə etməyəcəyiniz təyyarələri Ukraynaya göndərmək olmaz", - Frederik Qetink deyib.
    Qeyd edək ki, Belçikanın baş naziri Aleksandr De Kroo hələ fevral ayında Brüsselin Ukraynaya hərbi təyyarələr göndərməyəcəyini bildirib və ölkənin müdafiə naziri Lyüdivin Dedonder bunu təsdiqləyib.

    /atributinfo.az/

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ