Bu barədə "TASS" agentliyinə Türkiyədəki diplomatik mənbədən bildiriblər.
Məlumata görə, iki ölkənin prezidenti Rusiyanın Soçi şəhərində görüş keçirəcək.
Qeyd edək ki, bundan əvvəl də türk və rus mətbuatında Türkiyə və Rusiya liderləri arasında görüş keçiriləcəyinə dair məlumatlar yer alıb, lakin görüşün dəqiq tarixi və yeri açıqlanmayıb.
Məlumatlarda o da bildirilib ki, iki ölkə prezidentinin görüşünün əsas mövzusunu “taxıl sazişi”nin müzakirəsi təşkil edəcək.
/atributinfo.az/
