Türkiyənin Aİ-yə üzvlük prosesindən siyasi material kimi istifadə olunur - Hakan Fidan
Dünya
22-08-2023, 15:15
281
Türkiyənin Avropa İttifaqına üzvlük prosesindən siyasi material kimi istifadə olunur. Atributinfo.az xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Hakan Fidan Bolqarıstanın XİN rəhbəri Mariya Qabriellə keçirdiyi mətbuat konfransında deyib. "Türkiyənin Aİ-yə üzvlük prosesinə rasional deyil, siyasi nöqteyi-nəzərdən baxılır. Avropa İttifaqı sərt rəftarlarını yenidən nəzərdən keçirməlidir", - deyə o vurğulayıb. Qeyd edək ki, daha öncə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsveçin NATO-ya üzvlük müraciətinin təsdiqlənməsi üçün Türkiyənin də Avropa İttifaqına üzv olmasının lazım olduğunu bildirmişdi.