Sizin reklam burada
Sizin reklam burada
  • Bu Türkiyə şirkətləri Səudiyyə Ərəbistanı ilə yeni müqavilələr imzalayıb

    Atributinfo.az xəbər verir ki, Türkiyənin BAYKAR, ASELSAN və ROKETSAN şirkətləri Müdafiə Sənayesi İdarəsi koordinasiyasında Səudiyyə Ərəbistanı ilə yeni müqavilələr imzalayıb.
    Bu barədə TurkicWorld-ə özəl olaraq Türkiyə hərbi mənbələrindən bildirilib.
    Məlumata əsasən, BAYKAR və SAMI (Saudi Arabia Military Industries) şirkətləri Səudiyyə Ərəbistanında pilotsuz uçuş aparatlarının yerli istehsalı üçün, ASELSAN ilə NCMS şirkəti arasında elektro-optik sistem və təlim texnologiyaları, ROKETSAN və NCMS şirkətləri arasında ağıllı döyüş sursatları və təlim texnologiyaları ilə bağlı anlaşma memorandumu imzalanıb.
    Qeyd edək ki, iyulun 18-də Türkiyənin BAYKAR şirkətinin baş direktoru Haluk Bayraktar ilə Səudiyyə Ərəbistanı müdafiə nazirinin müavini Halid Bin Hüseyn Əl Bayari arasında “Bayraktar AKINCI” TİHA-Pilotsuz Döyüş Aparatının (Taarruzi İnsansız Hava Aracı) Səudiyyə Ərəbistanına ixracı ilə bağlı müqavilə imzalanıb.
    Bu Türkiyə şirkətləri Səudiyyə Ərəbistanı ilə yeni müqavilələr imzalayıb (FOTO)

    /atributinfo.az/


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ