Sizin reklam burada
Sizin reklam burada
  • Türkiyəsiz Aİ həqiqi aktor ola bilməz - Türkiyə xarici işlər naziri Hakan Fidan

    Türkiyə olmadan Avropa İttifaqı (Aİ) həqiqi aktor ola bilməz.
    Atributinfo.az xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan Ankarada keçirilən “14-cü Səfirlər Konfransı”nın açılış mərasimində çıxışında bildirib.
    "Türkiyəsiz Avropa İttifaqı (Aİ) həqiqi aktor ola bilməz. Prosesin Türkiyənin tam üzvlüyü ilə canlandırılması vacibdir. Xarici əlaqələrimizin struktur təməllərə əsaslanması üçün çalışırıq", - o deyib.
    Regional sülh və təhlükəsizliyin rifahın artmasına töhfə verəcəyin deyən Hakan Fidan Türkiyənin daha ədalətli dünya naminə fəal rol oynayacağını qeyd edib.
    "Bütün bölgələrlə ticari-iqtisadi əlaqələrimizi inkişaf etdirəcəyik. Enerji və nəqliyyat məsələlərində mərkəz kimi mövqeyimizi artıracağıq. Trans-Anadolu qaz boru kəməri (TANAP), Orta Dəhliz kimi kontekstual layihələrə üstünlük verəcəyik", - Türkiyə xarici işlər naziri deyib.

    /atributinfo.az/

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ