Sizin reklam burada
Sizin reklam burada
  • ABŞ rəsmi olaraq yenidən UNESCO-nun üzvü oldu

    Atributinfo.az xəbər verir ki, Parisdə UNESCO və ABŞ bayraqlarının qaldırılması mərasimi keçirilib, tədbir Vaşinqtonun təşkilatın tərkibinə qayıtmasına həsr olunub.
    Bu barədə “Associated Press” məlumat yayıb.
    Bildirilib ki, mərasimdə ABŞ-ın birinci xanımı Cill Bayden iştirak edib.
    “Bu gün sizə qoşulmaq mənim üçün şərəf idi. Biz qlobal tərəfdaşlığımızın simvolu olan Birləşmiş Ştatlarının bayrağını ucaldırıq”, - deyə ABŞ-ın birinci xanımı bildirib.
    ABŞ hələ Donald Trampın prezidentliyi dövründə - 2018-ci ildə təşkilatı tərk edib, ölkə bu qərarı UNESCO-nun guya dərin yenidənqurmaya ehtiyacı olduğu ilə əsaslandırıb.

    /atributinfo.az/

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ