Sizin reklam burada
Sizin reklam burada
  • Səudiyyə Ərəbistanının vəliəhd şəhzadəsinə TOGG hədiyyə edilib

    Atributinfo.az xəbər verir ki, Səudiyyə Ərəbistanının vəliəhd şəhzadəsi Məhəmməd bin Salmana Türkiyənin ilk yerli istehsal elektrikli avtomobili TOGG hədiyyə edilib.
    Təqdimat dünən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Məhəmməd bin Salmanla ikitərəfli görüşündən sonra həyata keçirilib.
    Qeyd edək ki, Türkiyənin ilk elektrikli avtomobili olan TOGG 100 faiz Türkiyə tərəfindən layihələndirilib və bu layihə ölkənin sənaye mülkiyyətinə sahib qlobal marka yaratmaq məqsədi ilə həyata keçirilib.
    Avtomobil daha öncə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev və Türkmənistan Respublikasının Prezidenti Serdar Berdiməhəmmədova təqdim edilib.

    /atributinfo.az/

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ