Sizin reklam burada
Sizin reklam burada
  • Terrorçu ZƏRƏRSİZLƏŞDİRİLD: Türkiyənin İraqda nöqtə əməliyyatı

    Atributinfo.az xəbər verir ki, Türkiyə xüsusi təyinatlıları İraqın Qəndil bölgəsində gizlənən PKK terrorçusu Edip Temizi zərərsizləşdirib.
    İdeoloji, hərbi və texniki sahədə təlim keçmiş Edip Temiz İraqda silah-sursat istehsal edən birləşmələrə təlimlər vermiş, eyni zamanda PPK-nın elmi-tədqiqat fəaliyyətinin inkişafı üçün bütün işləri koordinasiya edirdi.
    Təşkilatda 20 ilə yaxındır fəaliyyət göstərən Edip Temiz həm də təşkilatın böyük əhəmiyyət verdiyi Zaqros silahlarının yaradıcısı olduğu üçün Hərbi Şura deyilən qurumda yüksək vəzifə tuturdu.

    /atributinfo.az/

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ