Sizin reklam burada
Sizin reklam burada
  • Türkiyə XİN Uqandada törədilən terror aktını pisləyib

    Atributinfo.az xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyi Uqandanın Mpondve rayonunda məktəbdə törədilən terror aktını pisləyib. Bu barədə Türkiyə XİN-ə istinadən xəbər verilir.
    "Bütün forma və təzahürlərində terrora qarşı qətiyyətlə mübarizə aparan Türkiyə bu çətin gündə Uqanda hökuməti və xalqı ilə həmrəy olduğunu bildirir", - deyə XİN-in məlumatında deyilir.
    Türkiyə Xarici İşlər Nazirliyi həmçinin həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verib və yaralananların tezliklə sağalmasını diləyib.
    Qeyd edək ki, Mpondve rayonundakı məktəbdə törədilən terror aktı nəticəsində 41 nəfər ölüb, 38 şagird isə yaralanıb.

    /atributinfo.az/

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ