Bu barədə Niderland Müdafiə Nazirliyinin bəyanatında bildirilib.
Qeyd edilib ki, hava məkanının pozulmasının qarşısını Niderland Hərbi Hava Qüvvələrinə məxsus iki F-35 qırıcısı alıb:
"Naməlum təyyarələr Kalininqrad şəhərindən Polşa ərazisinə yaxınlaşıb", - bəyanatda deyilib.
Məlumata görə, təyyarələrin ikisi Su-27, biri isə İl-20M olub.
Xatırladaq ki, Polşada hazırda Niderland Hərbi Hava Qüvvələrinə məxsus 8 ədəd F-35 təyyarəsi yerləşdirilib.
