Sizin reklam burada
Sizin reklam burada

ÜST-in baş direktoru təhdidlərdən şikayətlənib

ÜST-in baş direktoru təhdidlərdən şikayətlənib Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus "The Washington Post"a müsahibəsində təhdidlərdən şikayətlənib.
ÜST-nin baş direktorunun sözlərinə görə, həyatı üçün təhlükə yaradan mesajlar alır.
"Təhdidlər birbaşa SMS vasitəsilə mənə göndərilir. Nömrəmi haradan aldıqlarını bilmirəm", - deyə Tedros Adhanom Qebreyesus bildirib.
Onun sözlərinə görə, evində siqnalizasiya sistemi quraşdırılıb və əməkdaşlar onu müşayiət etmək üçün mühafizəçilərin işə götürülməsini təklif ediblər. ÜST rəhbərini konkret kimin tərəfindən təhdidlər aldığını açıqlamayıb.
ÜST-nin baş direktoru həmçinin bildirib ki, onun Efiopiyaya qayıtması təhlükəsiz deyil. Nəşrin məlumatına görə, o, Tiqray əyalətindəki vəziyyətə görə ölkə hakimiyyətini tənqid edib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ