Sizin reklam burada
Sizin reklam burada
  • Putin Ukrayna taxılının Avropaya daşınmasını məhdudlaşdırmağı təklif edib

    Putin Ukrayna taxılının Avropaya daşınmasını məhdudlaşdırmağı təklif edib Rusiya prezidenti Vladimir Putin Ukrayna limanlarından Avropaya taxıl daşınmasının məhdudlaşdırılması məsələsini Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla müzakirə edəcək.
    V.Putin bunu Vladivostokda keçirilən Şərq İqtisadi Forumunda deyib.
    "Avropaya taxıl və digər məhsulların daşınmasının məhdudlaşdırılması barədə düşünmək lazımdır. Mən bu məsələ ilə bağlı Türkiyə prezidenti Ərdoğanla məsləhətləşəcəyəm. Çünki biz Ukrayna taxılının daşınması mexanizmini birlikdə hazırlamışıq", - Rusiya prezidenti bildirib.
    Xatırladaq ki, Ukrayna limanlarında qalan taxıl və digər ərzaq məhsullarının çıxarılması üçün Türkiyə, Rusiya, Ukrayna və BMT nümayəndələri tərəfindən Birgə Koordinasiya Mərkəzi işə salınıb.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ