Sizin reklam burada
Sizin reklam burada
  • Hindistanın yeni prezidenti and içib

    Hindistanın yeni prezidenti and içib Hindistanın paytaxtı Dehlidə ölkənin yeni prezidenti Draupadi Murmunun andiçmə mərasimi baş tutub.
    D.Murmu Hindistanın 15-ci prezidenti olub.
    Bundan başqa, o, bu vəzifəyə seçilən ikinci qadın olub.
    Hindistanda prezident seçkisi iyulun 18-də keçirilib. Səsvermədə ölkə parlamentinin hər iki palatası, eləcə də ştatların qanunverici orqanlarının nümayəndələri iştirak edib.
    Ümumilikdə səsvermədə 4 800 nəfər iştirak edib, Draupadi Murmu 64 faiz səs toplayıb.
    O, bu vəzifədə Ram Nath Kovindi əvəz edəcək.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ