Sizin reklam burada
Sizin reklam burada

İranda qatarın relsdən çıxması nəticəsində ölənlərin sayı artıb

İranda qatarın relsdən çıxması nəticəsində ölənlərin sayı artıb Bu gün səhər saatlarında İranın şimal-şərqində yerləşən Cənubi Xorasan vilayətində sərnişin qatarının relsdən çıxması nəticəsində ölənlərin sayı 17 nəfərə yüksəlib.
Bunu İranın Cənubi Xorasan vilayətinin Təbəs rayonu qubernatoru Əli Əkbər Rəhimi deyib.
Ə.Rəhiminin sözlərinə görə, yerli vaxtla saat 05:30 radələrində Təbəs rayonu ərazisində qəzaya uğrayan Məşhəd-Yəzd qatarının 420 sərnişini olub.
Rəhimi əlavə edib ki, hadisə nəticəsində indiyədək 50 nəfər yaralanıb. Axtarış-xilasetmə əməliyyatı davam etdirilir.
İranlı qubernator hadisənin sərnişin qatarının ekskavatorla toqquşması nəticəsində baş verdiyini deyib.

XXX

08:04
Bu gün səhər saatlarında İranın şimal-şərqində yerləşən Cənubi Xorasan vilayətində Təbəs-Yəzd sərnişin qatarının relsdən çıxması nəticəsində indiyədək 10 nəfər həlak olub.
Bunu İranın Cənubi Xorasan vilayəti Təbəs rayonu qubernatoru Əli Əkbər Rəhimi deyib.
Onun sözlərinə sözlərinə görə, hadisədə indiyədək 50 nəfər yaralanıb. Yaralıların sayının artacağı ehtimal olunur.
Ə.Rəhimi əlavə edib ki, hadisə nəticəsində 4 vaqon relsdən çıxıb. Hazırda axtarış-xilasetmə əməliyyatı davam etdirilir.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ