Sizin reklam burada
Sizin reklam burada
  • Türkiyə ilə Ukrayna arasında azad ticarət sazişi imzalanacaq

    Türkiyə ilə Ukrayna arasında azad ticarət sazişi imzalanacaq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Ukrayna səfəri çərçivəsində sabah Türkiyə ilə Ukrayna arasında azad ticarət sazişi imzalanacaq.
    Bunu Tütkiyənin ticarət naziri Mehmet Muş deyib.
    "Sabah, fevralın 3-də biz Ukrayna ilə yeni nəsil azad ticarət sazişi imzalayacağıq. Ukrayna ilə münasibətlərimizdə ticarət çox vacib sahədir. 2021-ci ildə qarşılıqlı ticarətin həcmi 59 faiz artaraq 7,4 milyard dollar təşkil edib", - deyə nazir bildirib.
    Xatırladaq ki, R.T.Ərdoğan ötən gün açıqlmasında Ukraynaya səfər edəcəyini bildirmişdi. O, həmçinin, Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfər edəcəyini deyib.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ