Diasporla İş üzrə Dövlət Komitəsindən APA -ya verilən məlumata görə, soydaşlarımız hərbi əməliyyatlar bölgəsindən uzaqda yerləşən yaşayış məntəqələrinin atəşə tutan Ermənistanın faşist siyasətini və təcavüzkar mahiyyətini pisləyib, beynəlxalq ictimaiyyətin diqqətini bu vandalizm aktlarına yönəldiblər.
Etiraz tədbirində Azərbaycan Nyu-York Assosiasiyası, Amerika Azərbaycan Qadınlar Assosiasiyası və digər diaspor təşkilatlarını təmsil edən yüzlərlə soydaşımız iştirak edib. Etiraz tədbirinə ABŞ-dakı türk icmasından da dəstək gəlib.
Etiraz tədbirində Azərbaycanın Dövlət Himni və vətənpərvərlik mahnıları səsləndirilib.
