Sizin reklam burada
Sizin reklam burada
  • Sənətkarımız Aqil Məlikov bu yaxınlarda ürəyindən əməliyyat keçirmişdir

    Bu gün Şağan qəsəbəsində görkəmli xanəndə, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi Aqil Məlikovla səmimi və yaddaqalan görüşümüz baş tutdu.
    Görüş zamanı Azərbaycan muğam sənətinin qorunması və inkişaf etdirilməsi, zəngin milli musiqi irsimizin gələcək nəsillərə ötürülməsi, eləcə də milli-mənəvi dəyərlərimizin yaşadılması istiqamətində geniş fikir mübadiləsi apardıq.
    Aqil Məlikov Azərbaycan muğam sənətinin inkişafına və milli musiqi mədəniyyətimizin təbliğinə uzun illər ərzində dəyərli töhfələr verən sənətkarlarlarımızdandır. Onun yaradıcılıq fəaliyyəti muğam ənənələrimizin yaşadılması və gələcək nəsillərə çatdırılması baxımından xüsusi əhəmiyyət daşıyır.
    Sənətkarımız Aqil Məlikov bu yaxınlarda ürəyindən əməliyyat keçirmişdir. Hazırda özünü gümrah və sağlam hiss edən Aqil müəllim göstərilən yüksək diqqət və qayğıya görə Heydər Əliyev Fonduna dərin minnətdarlığını bildirdi.
    Hörmətli Aqil müəllimə səmimi və məhsuldar görüş üçün təşəkkür edir, Ona möhkəm cansağlığı, uzun ömür, yaradıcılıq fəaliyyətində yeni uğurlar arzulayıram.

    Soltan Məmmədov
    Milli Məclisin deputatı

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ