Sizin reklam burada
Sizin reklam burada
  • Sumqayıtın yaddaşından gələn bir təbrik...

    Bu gün Sumqayıt üçün xüsusi məna daşıyan bir insanın Milli Məclisin deputatı Hicran Hüseynovanın doğum günüdür.
    Hicran xanımın Sumqayıtla olan bağını yalnız bu gün deputat kimi şəhəri təmsil etməsi ilə izah etmək olmaz. Bu bağın daha dərin və köklü bir tarixi var.
    Onun atası, görkəmli dövlət xadimi Kamran Hüseynov Sumqayıtın sənaye şəhəri kimi formalaşdığı sovet dövründə şəhərin inkişafında, quruculuğunda və ictimai-mədəni həyatında böyük xidmətlər göstərmiş ziyalı şəxsiyyətlərdən biri olub. Onun adı Sumqayıtın tarixində bütöv bir dövrlə bağlıdır.
    Bu gün isə həmin ailənin nümayəndəsi Hicran xanım Hüseynova Sumqayıt seçicilərinin etimadını qazanaraq şəhəri Milli Məclisdə təmsil edir.
    Bir ata – Sumqayıtın quruculuq tarixində iz qoymuş dövlət xadimi.
    Bir qız – müasir Azərbaycanın ictimai-siyasi həyatında və parlament fəaliyyətində Sumqayıtı təmsil edən ziyalı qadın.
    Bu mənada Hicran xanımın doğum günü mənim üçün sadəcə bir ad günü deyil. Bu, Sumqayıtın keçmişi ilə bu günü arasında mənəvi bir bağın da xatırlanmasıdır.
    Hörmətli Hicran xanım,
    Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edir, möhkəm cansağlığı, ailə səadəti, uzun ömür və məsuliyyətli fəaliyyətinizdə yeni uğurlar arzulayıram.
    Arzu edirəm ki, atanız Kamran Hüseynovun Sumqayıt üçün gördüyü işlərdən gələn o böyük xidmət ənənəsi sizin fəaliyyətinizdə də daim yaşasın.
    Ad gününüz mübarək olsun, Hicran xanım!
    Sumqayıtın yaddaşında iz qoymuş bir ailənin layiqli nümayəndəsi kimi sizə bundan sonra da uğurlar arzulayıram.

    Emin Əli

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ