Sizin reklam burada
Sizin reklam burada
  • Doğum gününüz mübarək, əziz şair!

    Bu gün gözəl poeziya nümunələri ilə oxucularının qəlbinə yol tapan, sözə özünəməxsus nəfəs verən istedadlı şair Rəfail Həbiboğlunun doğum günüdür.
    Rəfail Həbiboğlu bizim üçün yalnız yaradıcılığı ilə sevdiyimiz şair deyil. O, Tovuz Xeyriyyə Cəmiyyətinin keçirdiyi tədbirlərdə yaxından iştirak edən, səmimi münasibəti, xoş sözü və gözəl şeirləri ilə məclislərimizə xüsusi rəng qatan dəyərli ziyalılarımızdandır. Onun poeziyası ilə feyziyab olur, söz dünyasından mənəvi zövq alırıq.
    Şairin özünün də yazdığı kimi, o, şeiri başqalarından bir başqa cür yazır. Bəzən bir misra şairin düşüncəsinə hakim kəsilir, onu saatlarla öz ardınca aparır. Sonra həmin misra sözə, sözlər şeirə çevrilir. Bu misralarda şairin yaradıcılıq dünyasının səmimiyyətini, sözə sevgisini görmək mümkündür.
    “Bircə misra gəlib girir beynimə,
    Saatlarla o havada gəzirəm...”
    Bu misralar əslində Rəfail Həbiboğlunun poeziyaya münasibətinin kiçik bir poetik etirafıdır. O, sözü sadəcə yazmır, onu yaşayır, duyur, qoruyur və nəhayət, oxucusuna ərməğan edir.
    Əziz Rəfail müəllim!
    Sizi doğum gününüz münasibətilə Tovuz Xeyriyyə Cəmiyyəti adından ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti, yaradıcılıq uğurları və yeni-yeni poetik zirvələr arzulayırıq.
    Qələminiz daim iti, sözünüz daim işıqlı, ilhamınız tükənməz olsun. Hər yeni misranız könüllərə sevinc, hər yeni şeiriniz oxucularınıza mənəvi feyz gətirsin.
    Doğum gününüz mübarək, əziz şair!

    Hörmət və ehtiramla,
    Çingiz Abbasov
    Tovuz Xeyriyyə Cəmiyyətinin sədr müavini

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ