Azərbaycan folklorşünaslıq elminin görkəmli nümayəndəsi, filologiya elmləri doktoru, professor, Azərbaycan Aşıqlar Birliyinin sədri, Tovuz Xeyriyyə Cəmiyyətinin dəyərli üzvü Məhərrəm Paşa oğlu Qasımlını doğum günü münasibətilə səmimi-qəlbdən təbrik edir, ona möhkəm cansağlığı, uzun və bərəkətli ömür, yeni elmi nailiyyətlər və yaradıcılıq uğurları arzulayıram.
Məhərrəm müəllimin Azərbaycan folklorunun, aşıq sənətinin və milli-mənəvi dəyərlərimizin qorunması, araşdırılması və beynəlxalq aləmdə tanıdılması istiqamətində göstərdiyi misilsiz xidmətlər yüksək ehtirama layiqdir. Onun zəngin elmi irsi, pedaqoji fəaliyyəti və ictimai xidmətləri Azərbaycan elminin və mədəniyyətinin inkişafına mühüm töhfələr vermişdir.
Doğma Tovuzun yetirdiyi dəyərli ziyalı kimi Məhərrəm müəllimin uğurları hər bir tovuzlunu sevindirir və qürurlandırır. Tovuz Xeyriyyə Cəmiyyətinin tərkibində olaraq cəmiyyətimizə göstərdiyi diqqət və mənəvi dəstək də xüsusi dəyər daşıyır.
Arzu edirəm ki, Uca Tanrı Məhərrəm müəllimə sağlam, xoşbəxt və mənalı ömür nəsib etsin, onu yeni uğurlarla sevindirsin və xalqımıza xidmət yolunda daim qüvvətli etsin.
Çingiz Abbasov
Tovuz Xeyriyyə Cəmiyyətinin sədr müavini
