Sizin reklam burada
Sizin reklam burada
  • Vaqif Poeziya Günlərində “Sözün gülüşü – Şuşa hekayələri” adlı tamaşa təqdim edilib

    Azərbaycan Dövlət Akademik Musiqili Teatrının yaradıcı heyəti Mədəniyyət Nazirliyi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə Şuşada keçirilən Vaqif Poeziya Günlərində iştirak edib.

    Teatrdan bildirilib ki, yaradıcı heyət görkəmli dramaturq Əbdürrəhim bəy Haqverdiyevin “Mütrüb dəftəri”, “Diş ağrısı”, “Qiraət”, “Bomba” hekayələri və “Yeyərsən qaz ətini, görərsən ləzzətini” əsərlərinin motivləri əsasında hazırlanan “Sözün gülüşü – Şuşa hekayələri” adlı interaktiv meydan tamaşası ilə səhnəyə çıxıb.

    Quruluşçu rejissoru Əməkdar artist Loğman Kərimov, musiqi rəhbəri Məhəmməd Məmmədov olan tamaşada Əməkdar artistlər Əzizağa Əzizov və İqrar Salamov, aktyorlar Gülcahan Salamova, Hüseyn Əlili, Əliməmməd Novruzov, Rauf Babayev, Yuliya Heydərova, Türkel Tariqpeyma, Ruslan Mürsəlov, Elməddin Dadaşov, Fərid Rzayev və Nigar Rüstəmova çıxış ediblər.


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ