Sizin reklam burada
Sizin reklam burada
  • Əl çəkin Razi Nurullayevdən!

    Xəbərdən xəbərsiz olan bir portalda yazılan şərhlərə baxıram,çox təəsüf hissi keçirirəm.Bir nəfər fəhlə danışır ki,sən demə Razi Nurullayev onun pulunu vermir.Guya ki,İmişlidə mal bazarının tikintisində fəhlələri Razi Nurullayev işlədib,indi də pullarını vermir.Əvvəla Razi Nurullayev öz açıqlamalarında neçə dəfələrlə bildirib ki,onun nəinki İmişlidə,ölkənin heç yerində heç bir obyekti yoxdur və bizneslə məşğul olmur.Mən Rafiq Daşəmirli neçə illərdi onunla birlikdə olduğum üçün tam məsuliyyətimlə deyirəm ki,onun heç yerdə heç bir obyekti və biznesi yoxdur.Amma məqsədli şəkildə qardaşına məxsus olduğu iddia olunan biznesi onun adına bağlayırlar.Hasil Nurullayev Rusiyada biznesmendir,varı halı var.Etiraf edirəm ki,deyilən obyektlər ona aiddir.Fəhlələrin açıqlamalarından görürük ki,İmişlidə olan mal bazarı da Hasil Nurullayeve aiddir.Bəs onda nədən Razi Nurullayev hədəf alınır.Çünkü qardaşı qardaşla üz bə üz qoymaq kimlərinsə işinə yarayır.Deyin görək hansı qardaş qazandığı pulu qardaşına verir.Məqsəd burda saf təmiz,öz gücünə öz bacarığına deputat olmuş Razi Nurullayevi şərləməkdir.Bir nəfər yazır heç Razi Nurullayevi bir dəfə də olsun üz bə üz görməyib.Görməyən birisi tanımadığı insanı necə hədəf ala bilər.Yazıb soruşuram ki,niyə edirsən,cavabı çox sadə.Hamı deyir məndə deyirəm-Deputatdi.Belə çıxır ki,Milli Məclisin üzvüdürsə yalandan da olsa söyülməlidi.Milləti başa düşürəm,bu günün ən ağrılı və asan işi millət vəkillərini hədəf almaqdır.Nə var ki,gücünüz çatırsa bir az başqa hədəf tapın.Tapa bilməzsiniz,çünkü sizlərdən səs istəyən onlardır,başqaları isə bizləri heç saya saymır.İnsanlar günü gündən aqressivləşir.Bu ümumi bir bəladır,bunun adı kasıbçılıqdır.Əl çəkin Razi Nurullayevdən.

    Rafiq Daşdəmirli

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ