Sizin reklam burada
Sizin reklam burada
  • Azərbaycanlı alim XXII Beynəlxalq Həndəsə Konfransında son elmi nəticələrini təqdim edib

    Bakı Dövlət Universitetinin (BDU) kafedra müdiri, Əməkdar elm xadimi, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) Ekspert Şurasının sədri, professor Arif Səlimov Türkiyənin İsparta şəhərində yerləşən Süleyman Dəmirəl Universitetində keçirilən XXII Beynəlxalq Həndəsə Konfransında çıxış edib.

    Professor Arif Səlimov konfransda dəvətli məruzəçi qismində iştirak edib.

    Onun məruzəsi müasir diferensial həndəsənin aktual istiqamətlərindən biri olan laylanma fəzalarının lift nəzəriyyəsi sahəsində əldə etdiyi son elmi nəticələrə həsr olunub.

    Konfransın plenar iclasında Azərbaycan, Türkiyə və Almaniyadan ümumilikdə dörd dəvətli məruzəçi çıxış edib. Bölmə iclaslarında isə 133 elmi məruzə təqdim olunub.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ