"Son günlər bəzi əxlaq və tərbiyə anlayışından uzaq, qərəzli şəxslər tərəfindən haqqımda yalanlar, böhtanlar və təhqirlər səsləndirilir. İnsan öz sözləri, davranışları və əməlləri ilə tanınır. Təhqiri, böhtanı və qarayaxmanı fəaliyyət üsuluna çevirənlər əslində öz mahiyyətlərini və səviyyələrini ortaya qoyurlar.
Mən isə hər zaman milli-mənəvi dəyərlərimizə, dövlətçiliyimizə və qanunlara hörmətlə yanaşmış, ölkəmizin maraqlarını hər şeydən üstün tutmuşam. Dövlətimizə və Prezidentimizə sədaqətlə xidmət etmişəm və bundan sonra da bu mövqeyimə sadiq qalacağam.
Yalan və böhtan həqiqəti dəyişdirə bilməz. Mən kiməsə təhqirlə cavab verməyi özümə yaraşdırmıram və özümü həmin insanların səviyyəsinə endirmək niyyətində deyiləm. Mənim cavabım gördüyüm işlər, tutduğum prinsipial mövqe və dövlətimə olan sarsılmaz sədaqətimdir."
P.S. Redaksiyamız Azərbaycanın sanballı ziyalısı, dövlətə, dövlət başçısına sədaqətini, Vətənə, xalqa xidmətini əməli işi ilə nümayiş etdirən, daim vətəndasların, şəhid ailələrinin, qazilərin, aztəminatlı ailələrin yanında olan, onlara ən yüksək səviyyədə insani yanaşmalarla diqqət və qayğı göstərən Suraxanı rayon İcra Hakimiyyətinin Başçısı Adil Əliyevə qarşı yönələn qara piyarı pisləyir, istər daxildən, istərsə də xaricdən idarə olunan bu sifariş qullarının şərəf və ləyaqət, eləcə də xüsusi ittiham qaydasında məsuliyyətə cəlb olunmalarını aidiyyatı orqanlar qarşısında qaldırırıq! Bu qədər.
Bəradər Səməndərli
"Atribut" qəzeti və "atributinfo.az" saytının rəhbəri, AYB və AJB uzvü
