Sizin reklam burada
Sizin reklam burada
  • Xalq yazıçısı Anar Oljas Süleymenovla görüşüb

    Qazaxıstanın görkəmli yazıçısı, şair, ictimai-siyasi xadim Oljas Süleymenovun 90 illik yubileyi münasibətilə Beynəlxalq Forum keçirilib.

    Qazaxıstanın Almatı şəhərində keçirilən forumda Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, sədrin baş müşaviri Rauf Aslanov, Əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlu iştirak ediblər.

    Forumda çıxış edən Xalq yazıçısı Anar Oljas Süleymenovla dostluq münasibətlərindən, Azərbaycan xalqının ona olan sevgisindən, Bəxtiyar Vahabzadənin zəngi ilə Oljas Süleymenovun qanlı Yanvar hadisələri zamanı xəstə ola-ola Bakıya gələrək xaqlımızın dərdinə şərik olmasından və rejimə qarşı kəskin bəyanatla çıxış etməsindən danışıb.

    Oljas Süleymenov tədbirə onlayn formatda qatılıb.

    Həmin gün Xalq yazıçısı Anar görkəmli yazıçını xəstəxanada ziyarət edib. Səmimi görüşdə iki dost keçmiş günləri yada salaraq maraqlı hadisələri xatırlayıblar. Görüşdə Oljas Süleymenova Azərbaycan Yazıçılar Birliyinin Bəxtiyar Vahabzadə mükafatı təqdim edilib. Xalq yazıçısı Anar Oljas Süleymanova şəfa diləyib, xoş arzularını ifadə edib.


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ