Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini,
millət vəkili
Uşaqlar xalqın sabahı, cəmiyyətin gələcəyə olan ən böyük ümididir. Onların sağlam böyüməsi, keyfiyyətli təhsil alması, təhlükəsiz və sevgi dolu mühitdə yetişməsi yalnız ailələrin deyil, dövlətin və bütövlükdə cəmiyyətin ortaq məsuliyyətidir.
Bir həkim olaraq bilirəm ki, sağlam gələcəyin təməli uşaqlıq dövründə qoyulur. Bir millət vəkili olaraq isə inanıram ki, uşaqların hüquqlarının qorunması, onların fiziki və mənəvi inkişafı üçün daha güclü sosial mühitin yaradılması hər zaman prioritet olmalıdır.
Biz uşaqlara yalnız bu gün deyil, hər gün diqqət, qayğı, sevgi və düzgün yol göstərə bilməliyik. Çünki bu gün qoruduğumuz hər bir uşaq, sabah Azərbaycanın gücünə, elminə, səhiyyəsinə, dövlətçiliyinə töhfə verəcək bir vətəndaşdır.
Əziz balalarımızı ürəkdən təbrik edir, hər birinə sağlam, xoşbəxt, işıqlı və uğurlu gələcək arzulayıram.
1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü mübarək!
