Sizin reklam burada
Sizin reklam burada
  • Milli Məclisin deputatı Anar İsgəndərovdan Azərbaycan dövlətçilik tarixinin böyük şəxsiyyətləri barədə təsirli paylaşım

    Anar İsgəndərov,
    Milli Məclisin Elm və Təhsil komitəsinin sədri

    İllər keçdikcə gənclərimiz Azərbaycan xalqının dünyaya bəxş etdiyi böyük dövlət adamlarını daha yaxından tanıyır və bununla sonsuz qürur hissi keçirirlər.

    Mənə dünyada bir Baş nazir göstərin ki, Gəncədə yaşayan atasına məktub yazaraq “Mənə pul göndər” desin. Bu şəxs Azərbaycan Xalq Cümhuriyyətinin Baş naziri Nəsib bəy Yusifbəyli olmuşdur.

    Mənə dünyada bir siyasi partiya rəhbəri göstərin ki, bütün həyatını Azərbaycan istiqlalı uğrunda mübarizəyə həsr etsin və gözlərini əbədi yumarkən son sözü “Azərbaycan” olsun. Bu şəxs Müsavat Partiyasının lideri Məhəmməd Əmin Rəsulzadə olmuşdur.

    Mənə dünyada bir dövlət başçısı göstərin ki, tribunada çıxış edərkən ölüm onu haqlasın, lakin o, ölüm qarşısında belə əyilməsin və kursanta son olaraq belə desin: “Kursant, Azərbaycanın işğal altında torpağı qala bilməz! Sən bu missiyanı uğurla başa çatdırmalısan!” Bu şəxs Ümummilli Lider, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevdir.

    Mənə dünyada elə bir dövlət başçısı göstərin ki, dünyanın bütün haqsızlıqlarına baxmayaraq, 300 ildən sonra ilk dəfə Azərbaycanın işğal altında olan torpaqlarını geri qaytarsın və ölkəmizin suverenliyini tam bərpa etsin. Bu şəxs Azərbaycan Respublikasının Prezidenti, Qarabağın Fatehi İlham Əliyevdir.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ