O, 2009-2010-cu illərdə Avrasiya Klinikasında həkim-anestezioloq-reanimatoloq, 2011-2014-cü illərdə Mərkəzi Neftçilər Xəstəxanasında həkim-anestezioloq-reanimatoloq, 2014-2021-ci illərdə ATU-nun Anesteziologiya-reanimasiya şöbəsinin müdiri, 2018-2021-ci illərdə ATU-nun Anesteziologiya və reanimasiya kafedrasının assistenti olub.
2021-2022-ci illərdə Bakı Sağlamlıq Mərkəzində baş həkimin müavini, Anesteziologiya və reanimasiya şöbəsinin müdiri, 2021-2024-cü illərdə Səhiyyə Nazirliyinin Doğuşa yardım komissiyasının üzvü, 2022-2023-cü illərdə Yeni Klinikada direktor vəzifəsini icra edən baş həkim, 2022-2023-cü illərdə TƏBİB-in Xidmətin keyfiyyətinin qiymətləndirilməsi və ölüm hallarının təhlili üzrə komissiyasının sədri, 2023-2024-cü illərdə isə ATU Tədris Cərrahiyyə Klinikasının direktoru kimi fəaliyyət göstərib.
Hazırkı təyinatına qədər isə “Elit-Central” Hospitalın baş həkimi vəzifəsində çalışıb.
C.Paşayev 2020-ci ildə Silahlı Qüvvələrin Baş Klinik Hospitalı tərəfindən Vətən Müharibəsi zamanı xidmətə görə Fəxri Fərmanla, 2021-ci ildə Səhiyyə Nazirliyi tərəfindən COVID-19 pandemiyası dövründə xidmətə görə “Səhiyyə əlaçısı” döş nişanı ilə təltif edilib. 20 elmi məqalənin müəllifidir.
P.S. Hörmətli dostumuz, doktor Cavid Paşayevi yeni təyinat münasibətilə ürəkdən təbrik edir, xalqımızın sağlam gələcəyi naminə ona şərəfli fəaliyyətində yeni-yeni uğurlar, möhkəm can sağlıgı arzulayırıq!
Bəradər Səməndərli,
Zahir Məmmədov
