1. Çətinliklərdən qorxmayın, onların üzərinə gedin.
2. Ləyaqət və mənliyinizi heç nəyə qurban verməyin.
3. Heç zaman sözün düzünü deməkdən çəkinməyin.
4. Şəxsi mənafeyi heç zaman ictimai mənafedən üstün tutmayın.
5. Laqeyd və bivec insanlardan hər zaman uzaq olun.
6. Pulun çox şey, ancaq hər şey olmadığını unutmayın.
7. Sizə “Düz olan düzdə qalar” deyənlərə fikir verməyin.
8. Təmiz və saf olduğunuza görə sizə yuxarıdan aşağı baxanlara önəm verməyin.
9. Heç zaman yalan danışmayın. Doğruluqdan qaçan insanlardan uzaq olun. Yalanın ömrünün qırx gün olduğunu unutmayın.
10. Dünyanın beş günlük olduğunu unutmayın. O dünyaya azuqəsiz getməyin, özünüzlə çoxlu yaxşı əməllər aparın.
"Atributinfo.az"
