Sizin reklam burada
Sizin reklam burada
  • Azərbaycan məktəbliləri beynəlxalq elm olimpiadasında mükafatlar qazanıblar

    Azərbaycan məktəbliləri ABŞ-nin Arizona ştatının Feniks şəhərində keçirilən və məktəblilər üçün dünyanın ən böyük elmi müsabiqələrindən biri hesab olunan “International Science and Engineering Fair” (ISEF) beynəlxalq elm olimpiadasında medal və xüsusi mükafatlar qazanıblar.

    Müsabiqənin nəticələrinə əsasən, Bakı şəhəri Tofiq İsmayılov adına 6 nömrəli məktəb-liseyin 10-cu sinif şagirdi Banu İbrahimova və həmin məktəbin 9-cu sinif şagirdi Mikayıl Əhmədbəyli bürünc medala layiq görülüblər. Bundan əlavə, Gəncə şəhəri Mir Cəlal Paşayev adına 39 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Ömər Abdullayev və Gəncə şəhəri Əhməd Cavad adına 2 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Salman Sadıxzadə münsiflər heyətinin xüsusi mükafatlarını qazanıblar.

    Beynəlxalq müsabiqə 9–15 may tarixlərində ABŞ-ın Arizona ştatında keçirilib. ISEF məktəblilər üçün ən nüfuzlu beynəlxalq elm və mühəndislik sərgi-müsabiqələrindən biri hesab olunur. Yarışda hər il dünyanın onlarla ölkəsindən olan şagirdlər elm, texnologiya, mühəndislik və riyaziyyat sahələrində hazırladıqları layihələrlə iştirak edirlər

    Azərbaycanlı məktəblilərin uğuru ölkədə təhsil, elm və gənclərin texnoloji bacarıqlarının inkişafına artan diqqəti əks etdirir. Bu proses iqtisadiyyatın şaxələndirilməsi və innovasiya sektorunun dəstəklənməsi istiqamətində həyata keçirilən siyasətlə paralel inkişaf edir.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ