Sizin reklam burada
Sizin reklam burada
  • Azərbaycan Avropa Həftəsində təmsil olunub

    Böyük Britaniyanın paytaxtı London şəhərində yerləşən “Goodenough” Kollecində Avropa Həftəsi münasibətilə tədbir keçirilib.

    Tədbirdə 15-dən çox ölkə təmsil olunub. Magistratura və doktorantura səviyyəsində təhsil alan tələbələr üçün nəzərdə tutulmuş rezidensiya icması və təhsilyönümlü xeyriyyə təşkilatı olan “Goodenough” Kollecinin himayədarı Kral III Çarlzdır.

    Avropa mədəniyyəti, mətbəxi, tarixi və musiqisinə həsr olunan tədbir çərçivəsində müxtəlif ölkələrin stendləri qurulub və məkan “Mini Avropa”ya çevrilib. Stendlərdə ənənəvi mətbəx nümunələri, tarixi məlumatlar və maraqlı faktlar təqdim olunub.

    Azərbaycan da tədbirdə uğurla təmsil olunub. Stenddə ölkəmizi Böyük Britaniyada təhsil alan azərbaycanlı tələbə Elmira Babayeva təmsil edib. Ziyarətçilər ölkəmizin mədəniyyəti, milli ənənələri və mətbəxi haqqında məlumat əldə etmək imkanı qazanıblar.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ