21 fevral 2021-ci il tarixində baş tutan həmin görüşdə Ramiz Hümbətov, şair Musa Ələkbərli, Daşdəmir Lətif, qazinin atası Akif, Rza Hüseynov və mən iştirak edirdik.
Qazimiz 2020-ci ilin noyabr ayında Qarabağda yaralanmış, Ağdam hospitalında müalicə almışdı. Dekabrın 21-də Ağdamın azad olunması ilə qürur hissini yaşadıq, dekabrın 30-da isə qəhrəmanımız evə buraxıldı.
Bu foto mənə həm gözəl xatirələri, həm də artıq aramızda olmayan iki dəyərli dostumuzu — Ramizi və şair Musa Ələkbərlini xatırlatdı. Ruhları şad olsun. Allah qazilərimizi qorusun, Şanlı ordumuz yaşasın!
Çingiz Abbasov
Tovuz Xeyriyyə Cəmiyyətinin sədr müavini
