İlk öncə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sonra YAP Göygöl Rayon Təşkilatının sədri Vüqar İsayev, İcra Hakimiyyəti başçısının müavini Kəmalə İbrahimova, Təhsil sektorunun müdiri Elnur Qasımov çıxış ediblər. Natiqlər dahi şəxsiyyət Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən, dövlətimiz və xalqımız qarşısındakı misilsiz xidmətlərindən danışıblar. Ümummilli Liderimizin Azərbaycanda müstəqil dövlətçiliyi yaradan və yaşadan Lider olduğunu vurğulanaraq, onun xidmətlərinin miqyasının ölçüyəgəlməzliyinin bugünkü Azərbaycanın reallıqlarında aydın ifadəsini tapdığı diqqətə çatdırılıb, müsabiqənin şərtləri və qaydaları haqqında iştirakçılar məlumatlandırılıb.
Müsabiqədə rayonun 37 ümümtəhsil məktəbindən olan IX-XI sinif şagirdəri iştirak edib və qaliblər müəyyən olunub.
Qeyd edək ki, Göygöldə Ümummilli Lider Heydər Əliyevin 103 illiyinə həsr olunmuş silsilə tədbirlər davam edir və 08 May 2026-cı ildə keçiriləcək yekun tədbirində qaliblərin təltif olunması nəzərdə tutulur.
/atributinfo.az/
