A.Nəsirli öz peşəsinə sadiq, fədakar və nümunəvi bir həkim kimi xatırlanacaq. O, 1999-2005-ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsində təhsil almış, 2005-2006-cı illərdə Milli Onkologiya Mərkəzində internatura, 2006-2008-ci illərdə isə kliniki ordinatura pilləsini uğurla keçmişdir. 2008-ci ildən etibarən Milli Onkologiya Mərkəzinin Şüa terapiyası şöbəsi və Uşaq klinikasında radiasiya onkoloqu vəzifəsində çalışaraq bir çox xəstəyə ümid vermişdir.
Onun peşəkarlığı, insan sevgisi və xidməti daim ehtiramla yad ediləcək.
Allah rəhmət eləsin!
Rəşad Mahmudov
Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, millət vəkili
