Sizin reklam burada
Sizin reklam burada
  • Kitab Festivalı keçirilib

    Masallıda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş növbəti tədbir-Kitab Festivalı keçirilib.

    "Atributinfo .az" xəbər verir ki, Milli Məclisin deputatları Məşhur Məmmədov və Cavanşir Paşazadə ilə birlikdə Masallı Rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısında Ümummilli Liderimizin 103-cü ildönümünə həsr olunan Masallı Kitab Festivalında iştirak ediblər.
    Festivalda Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, rayonun hüquq-mühafizə orqanlarının və təhsil idarələrinin rəhbərləri, ictimaiyyət nümayəndələri və rayon sakinləri iştirak edib.

    "Belə tədbirlərin rayon mərkəzi ilə yanaşı, kənd yerlərində də keçirilməsi məqsədəuyğundur. Rəqəmsal dövrə inteqrasiya mərhələsində vətəndaşlarda kitaba marağın artırılması, kitab oxuma vərdişinin formalaşdırılması baxımından bu cür tədbirlər xüsusi əhəmiyyət daşıyır."
    Bunu tədbirlər bağlı əməkdaşımıza aciqlamasında deputat Məşhur Məmmədov deyib. O əlavə edib ki, qarşıdan yay fəsli gəlir. Masallı zəngin cənub mətbəxi və əsrarəngiz təbiəti ilə turistlər və yerli əhali üçün cəlbedici rayondur. Bir guşəyə çəkilib kitab oxumaq isə istirahətin ən gözəl və faydalı növlərindən biridir.
    Ulu Öndərin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar tədbirlər davam edir."- Deputat deyib.

    Bəradər Səməndərli
    "Atributinfo.az"



    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ