Zərifə xanım Əliyeva oftalmologiya sahəsində apardığı fundamental elmi tədqiqatlar, insan sağlamlığına verdiyi töhfələr və yüksək mənəvi dəyərləri ilə Azərbaycan elminin tarixində silinməz iz qoymuşdur. Onun fəaliyyəti yalnız tibb sahəsi ilə məhdudlaşmamış, eyni zamanda gənc kadrların yetişdirilməsi və milli elmi məktəbin formalaşmasında mühüm rol oynamışdır.
Zərifə xanımın xatirəsini dərin ehtiramla yad edirik. Onun zəngin elmi irsi gələcək nəsillər üçün daim örnək olacaq.
Məşhur Məmmədov
Milli Məclisin deputatı
