Bu sözləri Özbəkistanın Əməkdar artisti Yulduz Turdiyeva deyib.
“Azərbaycan sənətçiləri də tez-tez Özbəkistana səfər edirlər. Hər il Səmərqənddə keçirilən “Şərq təranələri” festivalında Azərbaycanın tanınmış müğənniləri iştirak edir və yüksək mükafatlar qazanırlar. Biz də Azərbaycana sevinə-sevinə gəlirik”, – deyə o qeyd edib.
Əməkdar artist Azərbaycan və özbək xalqlarının bir-birinə doğma, dil, mentalitet və ortaq dəyərlərinin çox oxşar olduğunu vurğulayıb. “Azərbaycanda Zeynəb Xanlarovanın mahnılarını hamı necə sevirsə, Özbəkistanda da hamı onun mahnılarını böyük məhəbbətlə dinləyir. Ona görə də istəyimiz odur ki, mədəni əlaqələrimiz daha da güclənsin”, – deyə Yulduz Turdiyeva əlavə edib.
