Mədəniyyət naziri Adil Kərimli bunu dekabrın 10-da Heydər Əliyev Mərkəzində keçirilən "Mədəniyyət və Hüquq: Müasir Çağırışlar" adlı elmi-praktik forumda çıxışı zamanı bildirib.
Nazir qeyd edib ki, Azərbaycan mədəniyyəti tarix boyu xalqımızın birliyinin, bütövlüyünün və çağdaş dövrdə qüdrətli, müasir dövlətə çevrilməsinin əsas şərtlərindən biri olub. O vurğulayıb ki, 44 günlük Vətən müharibəsində əldə edilən tarixi Zəfərdə Azərbaycan xalqının milli mədəniyyətinin xüsusi rolu bunu bir daha təsdiqləyir.
