Bu fikirləri Yaponiyada yaşayan azərbaycanlı professor, elektronika mühəndisi, ixtiraçı Xəlil Kələntər deyib.
O bildirib ki, son illərdə Azərbaycan elmi mühitinə yeni dinamika gəlib. Bu isə bir neçə səbəblə əlaqədardır.
“Azərbaycanda fərdi tədqiqatçının unikal yanaşması və dərin nəzəri araşdırması hörmətlə qarşılanır. Lakin resurs və infrastruktur baxımından müəyyən çətinliklər var. Sovet İttifaqının dağılmasından sonra maliyyə təminatı və müasir laboratoriya avadanlığı məsələlərində problem yaşanıb, buna görə tədqiqatlar məhdud imkanlarla aparılıb. Son illərdə beynəlxalq əlaqələr və fənlərarası yanaşmaların artması elmi mühitə yeni dinamika gətirib, çevik, fərqli yanaşmalar tətbiq olunur. Bu, müsbət haldır, yaxşı perspektiv vəd edir”, - deyə X.Kələntər əlavə edib.
