Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, Əməkdar həkim
Dəyərli stomatoloqlar, əziz həmkarlar!
Hər bir proseduru icra etməzdən öncə, texniki bacarıqlarımız nə qədər yüksək olursa olsun, ilk növbədə işin tibbi təhlükəsizlik tərəfini düşünmək borcumuzdur.
Bu uşaqda olduğu kimi hər bir xəstədə dərin anamnez, altda yatan və ya ola biləcək xəstəliklər, immun və ürək-damar sisteminə aid risklər hər zaman nəzərə alınmalıdır.
Bu, yalnız bir qayda deyil, bu həkimliyin əsas prinsiplərindən biridir.
Klinik protokollara riayət etmək, ailəni məlumatlandırmaq və hər addımda xəstənin təhlükəsizliyini ön planda tutmaq bizim peşə borcumuzdur.
