Sizin reklam burada
Sizin reklam burada
  • Azərbaycan səhiyyəsi üçün tarixi an...

    Rəşad Mahmudov
    Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini,
    Əməkdar həkim

    Bu gün Azərbaycan səhiyyəsinin tarixində yeni bir səhifə açıldı. Qafqaz regionunda ilk dəfə meyit donorun ürəyinin uğurlu transplantasiyası həyata keçirildi.

    Bu, təkcə bir tibbi əməliyyat deyil, insanlığın, mərhəmətin və həmrəyliyin təntənəsidir.
    Əməliyyatı uğurla icra edən həmkarım professor Kamran Musayevi və onun rəhbərlik etdiyi Mərkəzi Klinik Xəstəxananın peşəkar kollektivini səmimi qəlbdən təbrik edirəm.

    Azərbaycan səhiyyəsində orqan donorluğu və transplantasiyası sahəsində hər bir uğur bütün ölkəmizin və xalqımızın uğurudur. Çünki bu yolda hamımızın məqsədi eynidir; daha çox insanın həyatına ümid olmaq, daha çox ürəyin döyünməsinə şərait yaratmaqdır.

    Əminəm ki, bu nailiyyət ölkəmizdə transplantologiyanın inkişafına, beyin ölümü anlayışının cəmiyyətdə daha yaxşı anlaşılmasına və orqan donorluğuna inamın artmasına mühüm töhfə verəcək.

    Hər yeni uğur – yeni başlanğıcdır. Uğurlarımız bol olsun!

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ