Bunu tədbirdə iştirak edən və çıxıs edən Milli Məclisin deputatı Müşfiq Məmmədli özünün feysbuk səhifəsində paylaşıb.
Deputat əlavə edib ki, tədbir Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə reallaşdırılıb.
"Layihə çərçivəsində Qərbi Azərbaycanın dağıdılmış maddi-mədəni irsinin sənədləşdirilməsi, arxivləşdirilməsi və beynəlxalq ictimaiyyətə təqdim edilməsi istiqamətində mühüm işlər həyata keçirilib.
Layihə müəlliflərini və “Tarixin izi ilə” filminin yaradıcı kollektivini bu mühüm iş münasibətilə təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzulayıram."- Müşfiq Məmmədli paylaşımda qeyd edib.
Bəradər Səməndərli
"Atributinfo.az"
