80 mindən artıq tələbəsi olan Atatürk Universitetində dahi Azərbaycan şairi Nizami Gəncəviyə həsr olunmuş “Ortak Türk Fəlsəfi Düşüncəsinin Dahisi: Nizami Gəncəvi” adlı Beynəlxalq Elmi Simpoziumu yüksək səviyyədə təşkil etdiyinə görə Azərbaycan Respublikasının Ankaradakı Səfirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinə,TİKA, Türk Mədəniyyəti və İrsi Fondu və Nizami Gəncəvi Vəqfinə, ev sahibi Atatürk Universitetinə sonsuz minnətdarlığımızı bildiririk!
Azərbaycan və Türkiyədən tanınmış alimlərin, nizamişünasların, yazıçıların və ictimaiyyətin görkəmli nümayəndələrinin iştirakı ilə keçirilən simpoziumda türk-İslam düşüncəsinin formalaşmasında mühüm rola malik olan Nizami Gəncəvinin zəngin ədəbi və fəlsəfi irsi, ortaq mədəni dəyərlər sistemindəki yeri və onun ümumbəşəri mesajları elmi müstəvidə müzakirə olundu.
Böyük Azərbaycan şairi Nizami Gəncəvinin fikir irsi təkcə tarixi bir dəyər daşımır, həm də müasir düşüncə dünyasına istiqamət verəcək bəşəri bir mahiyyətə malikdir.
Mənsub olduğu Azərbaycan xalqının milli və bəşəri dəyərlərini özündə ehtiva edən Nizami Gəncəvinin "Xəmsə"sini müasir türk oxucusuna tərcümə edib,böyük məhəbbətlə çatdıran professor Nimet Yıldırım müəllimə də minnətdarlığımızı bildiririk!
Əlimuxtar Muxtarov
AMEA Gəncə bölməsi,
Nizami Gəncəvi Mərkəzinin direktoru
